Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın artıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 524 milyon dollar və ya ötən illə müqayisədə 57% artıq olub (ötən il 10 522 milyon dollar idi).
Ticarət dövriyyəsinin 10 milyard 748 milyon dolları və ya 65%-i ixracın, 5 milyard 776 milyon dollar və ya 35% isə idxalın payına düşür.
Xatırladaq ki, ötən il ixrac 6 milyard 152 milyon dollar, idxal isə 4 milyard 369 milyon dollar idi (58% ixrac, 42% idxal). Ötən illə müqayisədə ixac 74,7%, idxal isə 32,2% artıb.
İlk 7 ayın nəticələrinə görə, xarici ticarətdə müsbət saldo, yəni ixrac və idxal əməliyyatları arasında fərq 4 milyard 972 milyon dollar olub. Ötən il bu göstərici 1 milyard 782 milyon dollar təşkil edib. Başqa sözlə müsbət saldoda 3 milyard 190 milyon dollar yəni 2,8 dəfə artım var.
Bu il Azərbaycan şirkətləri 170 ölkə idə əməliyatlar aparıblar, ötən il isə bu göstərici 176 idi.
Ticarət əməliyyatlarında idxal olunan malların çeşidlərinin sayı 7 min 12 ədəd, ixrac olunan malların çeşidlərinin sayı 2 min 526 ədəd olub.
Ötən ilin eyni dövründə isə idxal olunan malların çeşidlərinin sayı 6 922, ixrac olunan malların çeşidlərinin sayı 2 560 təşkil edib.
Başqa sözlə, ötən illi müqayisədə, bu il idxal olunan malların çeşidlərinin sayı 90 çeşid artıb, ixrac olunan çeşidlərin sayında isə 34 çeşid azalma var.
Xarici ticarət göstəriciləri açıqlandı – RƏQƏMLƏR
14:55
11 Avq 2018