FED.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, rezident vergiödəyicisinin gəliri onun Azərbaycanda və Azərbaycandan kənarda əldə etdiyi gəlirdən ibarətdir.
ELƏCƏ DƏ BAX: Satılan girovun pulu necə bölüşdürüləcək? – QAYDA HAZIRLANIB
Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər və ya təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan şəxslər rezident hesab edilirlər.
Azərbaycan ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlara əsasən Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı.
Qeyd olunan şərtlərə uyğun olaraq, Azərbaycan Respublikasının rezidenti hesab olunan və Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxs vergi orqanına müraciət edərək gəlir vergisinin (fəaliyyət növünün kodu - 97002) ödəyicisi kimi vergi uçotuna alınmalı, təqvim ili ərzində əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi” ilə bəyan etməli və ödəməlidir.
Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləği Azərbaycanda vergi öhdəliklərinin müəyyən olunması zamanı Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq nəzərə alınır.
Fiziki şəxs yuxarıda qeyd olunan meyarlara əsasən, digər dövlətin rezidenti hesab olunduqda isə həmin şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar əldə edilən gəlirdən Azərbaycan Respublikasında vergi ödənilmir.
Xaricdəki azərbaycanlıların hansı hallarda vergi ödəyəcəkləri - AÇIQLANDI
19:18
24 Dek 2018