«Viator Mikrokredit Azərbaycan» Bank olmayan kredit təşkilatı (BOKT) yaxın günlərdə istiqrazlarını buraxacaq. BOKT-dan FED.az-a verilən məlumata görə, bu barədə qərar şirkətin Müşahidə Şurasının oktyabrın 11-də keçirilmiş yığıncağında qəbul edilib.
ELƏCƏ DƏ BAX: Gələn il büdcədə neftin qiyməti 60 dollar - OLACAQ
Müşahidə Şurasının qərarına görə, manatla istiqraz buraxılışının həcmi 100-200 min manat, illik gəlirlilik 14-15% olacaq. İstiqrazların nominal qiyməti hələlik müzakirə edilir və sayının 500-1000 ədəd arasında olacağı gözlənilir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda krediti ən çox onlar verir - SƏBƏB
«Viator»dan bildirilib ki, istiqrazlar qapalı üsulla yerləşdiriləcək və istiqraz buraxılışında partnyor şirkət «Paşa Kapital» olacaq.
BOKT-dan bildirilir ki, istiqraz buraxılışının əsas məqsədi fəaliyyət üçün maliyyə vəsaiti cəlb etmək, ən əsası isə şirkətin reputasiyasının möhkəmləndirilməsidir. Növbəti addım gələn ilin ilk yarısında, şirkətin 2018-ci il üzrə hesabatı açıqlandıqdan sonra 500 min – 1 milyon manat arasında növbəti istiqraz buraxılışı həyata keçirməkdir. Qeyd edək ki, əvvəlki illərdə böyük zərərlə üzləşən «Viator» sürətlə vəziyyətini düzəltməkdədir, şirkət 2018-ci ilin ilk 9 ayını 255 min manat mənfəətlə başa vurub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.