24 avqust 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, bu gün rəsmi Dollar/Manat məzənnəsi 1.7000 səviyyəsindədir.
Dünən qeyri-iş günü olduğundan valyuta hərracı bu günə keçirilib.