Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb.
FED.az-ın məlumatına görə, bu barədə XİN mətbuat xidməti bildirib.
ELƏCƏ DƏ BAX: "Maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın"
XİN nəzərə çatdırıb ki, araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib: "Hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır”.
Qeyd edək ki, BakuPost bu gün Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamasının aparıldığı barədə məlumat yayıb. Məlumatda bildirilirdi ki, Azərbaycan Hesablama Palatasının auditorları artıq 3 gündür ki, səfirlikdə maliyyə sənədlərini araşdırır.
bakupost.az
Ukraynadakı səfirliklə bağlı istintaq aparılır, audit başladı – RƏSMİ
21:21
11 Dek 2018