Türk Sənayeçiləri və İş İnsanları Dərnəyi (TÜSİAD) və Türkiyə Otaqlar və birjalar Birliyi (TOBB) ortaq açıqlamalar verib.
FED.az xəbər verir ki, açıqlamada deyilir "Türkiyə iqtisadiyyatının əsasları möhkəmdir və bu müddətdə real sektormuzun istehsal və məşğulluq imkanlarının qorunması son dərəcə böyük əhəmiyyət kəsb edilməkdədir".
Eyni zamanda Türk Sənayeçiləri və İş İnsanları Dərnəyi (TÜSİAD) ilə Türkiyə Otaqlar və birjalar Birliyi (TOBB) reallaşdırdıqları məsləhətləşmələrə nəticəsində iqtisadi vəziyyətlə bağlı açıqlama veriblər.
Açıqlamada deyilir:
Biz həssas bir dövrdə yaşayırıq və bu vəziyyətin real iqtisadiyyata uzun müddət təsir göstərməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir.
Likvidliyin idarə edilməsi üçün dünən səhər Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən alınan müsbət addımlardan əlavə, valyutanın sabitləşməsi üçün daha sərt pul siyasəti qəbul edilməlidir.
Sərt pul siyasətini dəstəkləyən qənaət tədbirlərini əhatə edən maliyyə siyasəti ən qısa zamanda elan edilməlidir.
İnflyasiyanın mütəmadi olaraq azalması üçün konkret yol xəritəsi mümkün qədər tez hazırlanmalıdır.
Biz inanırıq ki, bizim ən mühüm iqtisadi tərəfdaşımız, Avropa İttifaqı ilə münasibətlər yenidən baxılacağına ümüd edirik.
ABŞ və Türkiyənin problemlərinin strateji tərəfdaşlıq çərçivəsində diplomatiya yolu ilə və tez həll edilməsi üçün səy göstərməyə davam edilməlidir.
Türkiyənin iş adamları ABŞ-la danışıqları tələb edirlər
12:05
14 Avq 2018