İyulun 25-də Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda uçot dərəcəsinin 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə endirilməsinə qərar verilib.
Xatırladaq ki, TMB-nin ötən il sentyabrın 13-də keçirilmiş iclasında uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılmışdı.