ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Twitter" üzərindən Türkiyəyə dair açıqlama verib.
FED.az xəbər verir ki, Trump: "Türk lirəsi bizim güclü dollarımız qarşısında sürətlə dəyər itirərkən, Türkiyədən idxal edilən dəmir və alüminiuma yeni vergi gətirirəm. Artıq Türkiyədən idxal edilən alüminiuma 20%, dəmirə isə 50% əlavə vergi gətiririk".
Trampın bu açıqlamasından sonra Türkiyədə dollar sürətlə bahalaşıb və Bakı vaxtı ilə saat 17:30-da 1 Dollar 6.7844 lirəyə qalxıb.
Bu gün Lirə 22%-dən çox ucuzlaşıb.
Hazırda Türkiyədə dollar 6.63 lirə təşkil edir.