Səlahiyyətlərinə vaxtından əvvəl xitam vermiş Dünya Bankının rəhbəri Cim Yon Kim fevralın 1-də istefaya gedəndən sonra bu vəzifəyə namizədlər arasında ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp da var.
FED.az xəbər verir ki, bu barədə «Financial Times» xəbər yayıb. Qeyd edək ki, Dünya Bankının ən böyük səhmdarı ABŞ olduğu üçün bir qayda olaraq banka ABŞ vətəndaşları başçılıq edir. Digər maliyyə təşkilatı olan Beynəlxalq Valyuta Fonduna isə adətən avropalı başçılıq edir.
Hazırda Dünya Bankın rəhbərlik edəcək namizədlərin araşdıılması prosesi gedir. Namizədoər arasında başqa bir qadyna da var, bu ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, Rusiyaya qarşı kəskin çıxışları ilə yadda qalan Nikki Heyli də iddialıdır.
Bunula yanaşı, «The Daily Caller»in mənbələri bildirib ki, Ağ Ev bu vəzifəyə ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Melpassın da namizədliyini irəli sürə bilər.
Başqa bir namizəd isə hazırda Dünya Bankının özündə çalışır. Bu DB-nin prezidentinin istefasından sonra keçid dövründə banka rəhbərlik edəcək Bolqarıstan vətəndaşı Kristalina Qeorqievadır.
Trampın qızı Dünya Bankının rəhbəri ola bilər
14:24
12 Yan 2019