ARPA (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossasiyası) Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin Tədris Mərkəzlərinin birgə iştirakı ilə Qanuna dəyişikliklərin müzakirə edilməsi və implementasiyası ilə bağlı yarana biləcək problemlərin həllinə nail olmaq üçün peşəkar mühasiblərin təklif və tövsiyələrini dəyərləndirmək məqsədilə telekommunikasiya sahəsində çalışan mühasiblər üçün workshop keçirilib.
ARPA-dan FED.az- a verilən məlumata görə, “Workshop”da Azərbaycan Respublikasında tətbiq ediləcək yeni mühasibat uçotu standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları , Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları mövzusunda müzakirələr edilib.
Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. ARPA-nın hazırda 1000-dən çox fərdi, 17 korporativ üzvü var.
Telekommunikasiya sahəsində çalışan mühasiblər “Workshop”a qatılıb
17:01
20 Avq 2018