“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA) daxili auditor vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.
Bakı, Azərbaycan
Sənədlərin qəbulunun son müddəti: 29.01.2018-ci il
1. İKA-nın daxili auditorunun məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:
- İKA-nın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin edir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq edir, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarır;
- aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlayır;
- aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
- aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat verir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət edir;
- mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil edir;
- yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin edir.
Hesabatvermə
2. Daxili auditor İKA-nın təsisçilərinə hesabat verir.
Müddət
1. Daxili auditor ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə 3 aydan sonra daxili auditorun faliyyətinin nəticələri təsisçilər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə uzadılacaqdır.
İxtisası
İKA-nın daxili auditoru aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
(a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
(b) mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
(c) auditor sahəsində ən azı bir illik təcrübəyə malik olmaq;
(d) ingilis dilində sərbəst bilənlərə üstünlük verilir;
e) əla yazılı və şifahi nitqə malik olmaq;
f) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, proqramlaşdırılmış mühasibatlıq sistemində işləmək bacarığı;
g) beynəlxalq maliyyə idarəçiliyi prosedurları və təlabatları barəsində bilgili olmasına və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə işləmək təcrübəsinə üstünlük verilir;
h) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı ;
i) təşəbbüskarlıq, məsuliyyətli, məsələyə hərtərəfli yanaşmaq və yenilikləri qəbul etmək bacarığı.
Sənədləri [email protected] e-mail və ya Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21 F ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi- (012)-464-83-35 Fatma x.