Fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim olunmadığı halda, hər hansı cərimə nəzərdə tutulurmu?
FED.az-ın məlumatına görə, Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər çox ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad edilən gəlirlərin bəyan olunmamasına və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda mobil operatorların qazancı açıqlandı - MƏBLƏĞ
Qeyd edilənlərə əsasən, vergidən azad olunan gəlir əldə edən şəxs, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir.
Fərdi sahibkar tərəfindən belə gəlirin vergi orqanına bəyan olunmamasına görə ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunacaq. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcək.
Sahibkarların gəlirləriylə əlaqədar – VACİB ÖHDƏLİYİ
19:08
24 Yan 2019