Son iki gündə Rusiya rublu 2 faizə qədər ucuzlaşıb.
FED.az-ın məlumatına görə, rubl Azov dənizində Rusiya və Ukrayna arasında yaşanan gərginlik və ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi xəbərləri fonunda ucuzlaşıb.
ELƏCƏ DƏ BAX: Sabaha olan məzənnə - AÇIQLANDI
Əgər noyabrın 24-də Moskva birjasında 1 dollar 65.66 rubla təklif edilibsə, bu gün saat 18.00-a 1 dollar 66.95 rubla təklif olunub.
Rusiya rublu ucuzlaşdı – SON MƏZƏNNƏ
19:37
26 Noy 2018