Azərbaycan Mərkəzi Bankı 9 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan FED.az-a verilən məlumata görə, martın 9-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0158 manat təşkil edir. 1 türk lirəsi 0.2192 manat, 1 rus rublu 0.0228, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5126 manatdır.