Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsini 2 min manat cərimə edib.
Mərkəzi Bank “exchange”i cərimələyib
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 min manat məbləğində cərimə edilib.










