Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
AMB-dən FED.az-a verilən xəbərə görə, hərracda tələb 762,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Qeyd edək ki, AMB iyunun 19-da 350 mln. manat vəsait cəlb edəcəyini açıqlayıb.