Azərbaycan ərazisində 2018-ci ilin 11 ayı ərzində ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 65,912 min ədəd təşkil edib.
ELƏCƏ DƏ BAX: Sosial və işsizlikdən sığorta hesabatlarında – YENİLİK
FED.az-ın məlumatına görə, POS-terminalların 38,602 mini Bakı şəhərində, 27,31 mini isə regionlarda yerləşir.
Pərakəndə ticarət obyektlərində 64,517 min ədəd POS- terminal quraşdırılıb ki, bu da bütün POS-terminalların 97,9 faizi deməkdir.
2018-ci ilin qeyd olunan dövrü ərzində banklar tərəfindən 2,49 min ədəd bankomat quraşdırılıb ki, onların da 1,322 mini Bakıda, 1,168 mini isə bölgələrdə fəaliyyət göstərir.
POS-terminalların sayı – AÇIQLANDI
21:03
10 Yan 2019