Keçən ilin 11 ayı ərzində ölkə üzrə kreditlərin 82 faizə qədəri Bakının payına düşüb.
FED.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, məlumatına görə, 2018-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatına 12 milyard 564 milyon 150 min 700 manat kredit qoyulub.
ELƏCƏ DƏ BAX: Daha az kredit veriblər – RƏQƏMLƏR
Bu kreditin 10 milyard 262 milyon 852 min 200 manatı Bakı şəhərinin payına düşür.
Beləliklə, 11 ay ərzində ölkənin regionlarının payına cəmi 2 milyard 301 milyon 298 min 500 manat, yəni ümumi kredit portfelinin 18 faizə qədəri düşür. Yəni paytaxta regionlara müqayisədə 4,5 dəfəyə qədər çox kredit qoyulub.
Paytaxtla regionlar arasında – KƏSKİN FƏRQ
19:45
3 Yan 2019