“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, müvafiq xəritənin icraçı qurumlarının performansları da məlum olub.
Belə ki, nəzərdə tutulan tədbirləri Əmlak Məsələləri Dövlət Komitəsi 100%, Maliyyə Nazirliyi 100%, Maliyyə Bazarlarına Nəzarət Palatası 92%, İqtisadiyyat Nazirliyi 77%, Ədliyyə Nazirliyi 75%, Vergilər Nazirliyi 50%, Təhsil Nazirliyi 50% və Peşə Təhsili üzrə Dövlət Agentliyi 50% icra edib.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında Baş icraçı direktor İbrahim Alışovun sədrliyi ilə strateji yol xəritələri üzrə tədbirlərin icra vəziyyətinin müzakirəsinə dair mütəmadi iclaslar keçirilir. İclaslarda işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər barədə hesabat məruzələri dinlənilir, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılır, İcraçı direktor tərəfindən tapşırıqlar verilir.
2017-ci il ərzində “Azərbaycan Respublikasının kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci ilə nəzərdə tutulmuş hissəsinin 67 faizinin icrası tamamlanmış, 24 faizi qismən icra edilmiş, 9 faizi isə icra edilməmişdir. Ətraflı burada.