Özbəkistan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçdiyini açıqlayıb.
Bu isə ölkənin milli valyutası olan sumun kursunun valyuta bazarından asılı olaraq dəyişəcəyi deməkdir.
FED.az Report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Mamarizo Nurmuratov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank artıq sumun kursunun formalaşmasında maksimum 5 faizlik uzaqlaşmanın ləğv edilməsinə dair qərar qəbul edib və indi kurs alıcılar və satıcılar tərəfindən formalaşdırılacaq.
Eyni zamanda Mərkəzi Bank kommersiya banklarına xarici valyutanı nağd şəkildə satmağa da icazə verib.