“İşğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynləxalq təşkilatlar, eləcə də BMT qeyd edir”.
FED.az xəbər verir ki, bu fikirləri avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev deyib.
Onun sözlərinə görə, bir çox ölkələr Azərbaycan təcrübəsi nümunə kimi göstərilir.
Dövlət başçısı əlavə edib ki, öz vətəndaşlarına bu qədər diqqət, qayğı göstərən dünyada ikinci ölkə yoxdur: “Bu bir daha niyyətimizi və siyasətimizi əks etdirir. Bunu gələcəkdə də davam etdirəcəyik. Növbədə duran bu kateqoriyadan olan insanlar mənzillər, evlər, maşınlarla imkan daxilində təmin ediləcəklər”.