İdxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların, habelə bir sıra texnika və avadanlıqların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi üçün qanunvericilikdə dəyişiklikliklər edilmiş və 2024-cü ilin əvvəlindən qüvvəyə minəcəkdir.
FED.az xəbər verir ki, bu, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Qeyd olunub ki, “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” vasitəsilə aparılan qiymətləndirməyə əsasən 2022-ci ildə vergi və gömrük rüsumları üzrə tətbiq olunan güzəşt və azadolmalarla bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 7 milyard 630,8 milyon manat təşkil etmişdir ki, bunun da 5 milyard 852,5 milyon manatı ölkədaxili, 1 milyard 778,7 milyon manatı isə idxal əməliyyatları üzrə olmuşdur. 2020-2022-ci illər üzrə vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələri əsasında vergi və gömrük sahəsində normativ hüquqi aktlara dəyişikliklərlə bağlı layihələr hazırlanmışdır.