Bu gün Hesablama Palatasının Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə edilərək təsdiq olunub.
ELƏCƏ DƏ BAX: “Həmin kreditlərin 80%-i problemlidir”
FED.az-ın məlumatına görə, Hesablama Palatasının Rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Hesablama Palatasına təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi ölkə qanunvericiliyi ilə Dövlət Neft Fondunun qarşısında qoyulmuş məqsəd və vəzifələri təmin etmək üçün və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın tələblərinə uyğun hazırlanıb, Azərbaycan Respublikasında vahid makroiqtisadi siyasətin yürüdülməsi və dövlət idarəetmə sektorunun gəlirlərinin ümumiləşdirilməsi prinsipinə müvafiqdir.
Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, habelə Fondun vəsaitinin 2019-cu ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib. Onların onların təsdiq edilməsi barədə müvafiq Fərman layihəsinin Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi üçün Dövlət Neft Fonduna göndərilməsi tövsiyə olunub.
Neft Fondunun büdcəsinə - RƏY VERİLDİ
19:19
18 Dek 2018