Azərbaycan Dövlət Neft Fondu iyun ayında satdığı dolların həcmini açıqlayıb. FED.az-ın məlumatına görə, Fond iyunda valyuta hərraclarında 439 milyon ABŞ dolları satıb.
Bununla da, fondun ilk yarım ildə satdığı valyutanın həcmi 2 milyard 974,5 milyon dollara çatıb.
Belə ki, Fond
yanvar ayı ərzində 299,1 milyon;
fevral ayı ərzində 364,1 milyon;
mart ayı ərzində 647 milyon;
aprel ayı ərzində 802,6 milyon;
may ayı ərzində 422,7 milyon;
iyun ayı ərzində isə 439 milyon ABŞ dolları məbləğində vəsait satıb.
İlin birinci rübündə Fonddan satılan valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları, ikinci rübdə isə 1 milyard 664,3 milyon dollar təşkil edib.