Azərbaycan Respublikası Dövlət Neft Fondu iyulda satdığı valyutanın məbləğini açıqlayıb. FED.az xəbər verir ki, ötən ay fond tərəfindən 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Əvvəlki aylara gəlincə,
İyun ayı ərzində 315,9 milyon ABŞ dolları
May ayı ərzində 352,4 milyon ABŞ dolları
Aprel ayı ərzində 423,7 milyon ABŞ dolları
Mart ayı ərzində 600,5 milyon ABŞ dolları
Fevral ayı ərzində 316,2 milyon ABŞ dolları
Yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Neft Fondu dollar satışlarının həcmini açıqladı – AYLAR, MƏBLƏĞLƏR
10:35
7 Avq 2019