Cari həftədə amerika əmək bazarı üzrə əhəmiyyətli hesabatın olacağı gözlənilir. Güclü göstəricilər bazarları faiz dərəcələrinin sürətli artımına inandıra və ABŞ indekslərini sıxa bilər, lakin zəiflər isə əksinə, ürəkləndirə bilər.
Cümə hesabatının nəticələrini müəyyən ehtimalla əmək bazarındakı bütün cari həftə boyunca dərc edilən qabaqlayıcı indikatorlar üzrə proqnozlaşdırmaq olar. Artıq bilirik ki, xidmətlər və emaletmə sənaye sahəsindəki məşğulluq indeksləri əvvəlki göstəricilərdən aşağı olmuşdu. Bununla yanaşı emaletmə sənayesində sözügedən göstərici 50-dən aşağı enmiş, bu isə iş yerlərinin sayının azalması deməkdir. Habelə, ADP-dən özəl sektorda məşğulluq göstəricisi gözləntiləri bir qədər üstələmiş və qeyri-farm əməkhaqqının (NFP) güclü səviyyələrinə ümidi vermişdir. Cümə axşamı b/r müavinəti üzrə ərizələrin sayı barədə hesabat alınacaq və bu da mövcud vəziyyətə aydınlıq gətirəcəkdir. Habelə, hələ ki hər şey zəif məşğulluq səviyyəsinin lehinə olduğunu göstərir, bu da ikigün əvvəlin maksimumuna qayıtmaq ehtimalı ilə S&P, Dow və NASDAQ amerikan indekslərinin mövqelərini dəstəkləyə bilər.
Əmtəə-xammal bazarı
Əvvəllər də qeyd etdiyimiz kimi yalnız ticarət ehtiyatlarının həcmlərinin təsiredici şəkildə ixtisarı və ya hasilatın azalması neft qiymətlərini dəyişə bilər. Həmçinin deyirdik ki, bu dəyişmə halı uzun müddət davam etməyəcəkdir. Beləliklə, 3 həftə ardıcıl artım müşahidə edildikdən sonra ABŞ-da neft hasilatının gözlənilməz ləngiməsi barədə xəbərlərin ardınca biz Brent markalı neftin qiymətinin bir barel üzrə 43,28 dollara qədər qalxdığını müşahidə etdik. Ancaq belə korreksiya nə qədər uzağa gedəcək?
Başlanğıc üçün neft qiymətlərinin bu yaxınlarda möhkəmlənməi drayverinə baxaq. Hətta hasilatın ləngiməsi şəraitində belə ticarət ehtiyatları əvvəlki illərdə qeyd edilmiş göstəricilərdən 21,5 milyon və ya 11,8% daha artıq olmuşdur. Belə ki, Brent markalı neftin qiymətinin kəskin möhkəmlənməsi heç də hasilatın artım tempinin azalmasından irəli gəlmirdi. Əksinə, korreksiyanın yetkinləşməsi və bazarın “qarmaq” qismində ilk müsbət amildən istifadə etməsindən irəli gəlirdi. Lakin indi aktiv 43,40 doll./barr diapazonunda güclü müqavimət səviyyəsinə yaxınlaşmışdır və bu diapozonu keçmək (xüsusilə də informasiya vakuumu şəraitində) heç də asan olmayacaqdır. İstisna edilməmişdir ki, artıq cümə axşamı neft qiymətlərinin düşməsi yenidən bərpa olunacaq və lakin hədəfdə 41,80 dollar qiymətinin olacağı ehtimal edilir.
Valyuta bazarı
Görünür, USD/RUB dar diapazon çərçivəsinə düşmüşdür və bu çərçivədən çıxmaq heç də asan olmayacaqdır. Alt sərhəd 65,50 qiymətindən keçir, amma üst 67,00-dan keçir. Neft kotirovkalarının baş verən azalmaları cümə axşamı tamamilə bərpa edə bilməsini nəzərə alaraq, rubl da həmçinin 67,00 civarında yeni qiymət diapozonu cəhdlərini nümayiş etdirə bilər. Keçən ilin dinamikasına baxsaq, yaxın iki həftə ərzində Brent nefti üzrə cari enən trend çərçivəsində qiymətlərin 37,8 doll./barr səviyyəsinə qədər çökməsi gözlənilir. USD/RUB cütlüyü üçün bu, qısa müddətli yuxarı qalxma cəhdləri ilə 69,00 qiymətinin ola bilməsi ehtimalı deməkdir. Beləliklə, güman edirik ki, cütlüyün artım potensialı hələ tükənməmişdir və artıq yaxın günlərdə rubl yenidən düşəcəkdir.
Bu gün valyuta bazarında vacib hadisə olacaq: İngiltərə Bankındın faiz dərəcələri ilə bağlı qərarı. Bazar Avropa Birliyindən bu yaxınlarda çıxmaq və iqtisadiyyatı əlavə olaraq stimullaşdırmaq ehtiyacının olması ilə bağlı tənzimləyicidən addımların atılmasını gözləyir. Qarşıda duran sual indi bunun 25 b.p yoxsa 50 olmasıdır. İnvestorlar tam fəaliyyətsizlik ehtimalını istisna edirlər. Halbuki belə bir ehtimal vardır, çünki hətta Böyük Britaniyadan gələn iqtisadi məlumatlar ona dəlalət edir ki, iqtisadiyyat "Brekzit" barədə məlumatları kifayət qədər sakit qəbul edə bilər. Bundan başqa, kəmiyyət yumşalması barədə tədbirlər elan edilə bilər, məsələn: ayda 200 milyard funt dəyərində aktivlərin satınalınması.
Cari şərtlərdə bazar gözləntilərilə üst-üstə düşən hər şey funtun yalnız qısamüddətli düşməsinə səbəb olacaqdır. Habelə, məhz belə şərtlər altında alış eməyi məsləhət görürük. GBP/USD-nin nəzərəçarpan və davamlı düşmə nümayiş etdirəcəyi tək variant budur: əgər İngiltərə Bankı QE-dən və faiz dərəcəsinin aşağı salınmasından başqa, bazarın hələ güman etmədiyi digər əlavə tədbirlərin görüləcəyini elan edərsə. Cari şəraitdə iki taktika təklif edilir: 1,3390 məqsədilə sözügedən cütlük 1,3180 civarına düşdükdə alınsın; ya da cütlüyün 1,3470 civarında qısamüddətli olması məqsədilə 1,3410 diapozonunda olduqda alınması.