ASC “Xalq” Bankında korporativ idarəetmə modelinin təkmilləşdirilməsi və idarəetmə proseslərinin optimallaşdırılması məqsədilə İdarə Heyətinin tərkibində dəyişiklik edilib.
FED.az xəbər verir ki, dəyişikliklərə əsasən, İdarə Heyətinin say tərkibi 7 üzvdən 5 üzvə enib, Natella Şahverdiyeva və Nigar Biləndərli İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin ediliblər. Bu təyinata qədər N.Şahverdiyeva və N.Biləndərli İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edirdilər.
Həyata keçirilən struktur dəyişiklikləri funksional bölgünün daha səmərəli təşkilinə xidmət edir.















