28 iyul tarixində "Atəşgah" Sığorta Şirkəti ASC ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında əməkdaşlıq münasibətlərinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandumu "Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının sədri Vüsal Qasımov imzalayıblar.
Hər iki tərəfin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüş tərəflər arasında strateji əməkdaşlığın əsasını təşkil edən mühüm addım kimi yadda qalıb.
Memorandum çərçivəsində logistika və gömrük təmsilçiliyi sektorunda risklərin idarə olunması, eyni zamanda bu sahədə fəaliyyət göstərən şirkətlərin sığorta təminatının gücləndirilməsini, risklərin daha effektiv idarə olunmasını, eləcə də sektorda dayanıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutulur.
Tərəflər gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi, logistika və gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən biznes subyektlərinə daha effektiv sığorta həllərinin təqdim edilməsi, həmçinin birgə layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar.







!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/4820027.jpg)
!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/3477364.jpg)
!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/2436584.jpg)
!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/682149.jpg)
!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/2522558.jpg)
!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/1676591.jpg)
!["Atəşgah" Sığorta Şirkəti və AGTL arasında Anlaşma Memorandumu imzalanıb -[red] FOTOLAR[/red] | FED.az](/upload/news/small/4927074.jpg)









