Azərbaycan ilə Belçika regional hava limanlarının inkişaf potensialı və ölkənin beynəlxalq hava əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işləri müzakirə edib.
Yeni hava limanı bu tarixdə istifadəyə veriləcək
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında məlumat verib.
Bununla bağlı müzakirələr S.Rzayev ilə Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon arasında görüşdə aparılıb.
"Görüş zamanı "Azərbaycan Hava Yolları"nın 2027-ci ilin may ayından etibarən Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlaması, bu marşrutun iki ölkə arasında turizm əlaqələrinin inkişafına verəcəyi töhfə və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardıq.
Eyni zamanda, Azərbaycan Hava Yollarının strateji inkişaf istiqamətləri, donanmamızın yeni nəsil hava gəmiləri ilə genişləndirilməsi, marşrut şəbəkəsinin inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 40-a yaxın xarici aviaşirkətin cəlb edilməsi nəticəsində sərnişinlər üçün daha geniş seçim imkanlarının yaradılması barədə məlumat verdik", - AZAL-ın İdarə Heyətinin sədri vurğulayıb.














