"İxrac bazarlarının məhdud sayda ölkədən asılı olması kənd təsərrüfatı üçün ciddi risk yaradır".
Ölkəyə ən çox valyuta gətirən meyvə-tərəvəz məhsulları – QİYMƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun İlk İclasında İşçi Qrupunun Sədri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının ixracı 55%-i Rusiyadan, 15%-i Türkiyədən, 6%-i Gürcüstandan asılıdır:
"Xüsusilə meyvə-tərəvəz ixracının 80%-dən çoxu Rusiya bazarının payına düşür. Bu isə bazarların şaxələndirilməsinin vacibliyini göstərir".
Elxan Mikayılov bildirib ki, 2020-ci ildə Rusiyanın tətbiq etdiyi müəyyən məhdudiyyətlər bu asılılığın nə qədər riskli olduğunu bir daha nümayiş etdirib.














