Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırılıb.
FED.az-ın məlumatına görə, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını imzalayıb.
ELƏCƏ DƏ BAX: Cari vergi ödəməsi qaydaları dəyişəcək - HESABLAMA
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası dekabrın 27-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər çıxarılır:
- 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
- Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi
- Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi
- İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi
- Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
-“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
-“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
-“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.
Naxçıvanın büdcəsi təsdiqlənəcək – TARİX
20:07
24 Dek 2018