Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən 17 bank qurumunun hamısında təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan MR İdarəsində keçirilən kollegiya iclasında idarənin sədri Elvin Axundov bildirib.
İclasda deyilib ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının adına 6 milyon 336 min ABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilib.
Eləcə də bax: Naxçıvanda bank kreditləri artıb - RƏQƏMLƏR