"Goldman"ın strateqləri Dollar İndeksində (DXY) "sat" tövsiyyəsini verirlər.
Qlobal investisiya bankı "Goldman Sachs Group Inc."a görə, ABŞ Dolları ucuzlaşmağa hazırlaşır.
FED.az xəbər verir ki, "Goldman" strateqlərinin hazırladığı hesabata görə, Fed sədri Jerome Powell-in Cümə günkü açıqlamaları mərkəzi bankın (Fed) faiz artırmağa fasilə verəcəyi ehtimalını gücləndirib. Faizin artırılmasına fasilə verilməsi potensialı da dollar üçün ucuzlaşma ehtimalı yaradır.
Bankın hesabatında, "Dollar İndeksində (DXY) 93 hədəfi və 97.5 səviyyəsində "zərəri dayandır" ilə aşağı istiqamətli mövqe (sat) təklif edirik" ifadəsinə yer verilib
Dollar İndeksində "Goldman"ın hədəf səviyyəsi olan 93-dən aşağı May ayından bəri görülməyib. 97.5 isə Noyabr ayında görülən ən yüksək səviyyədir.
Dollar İndeksi ABŞ valyutasının 6 mühüm valyuta qarşısında dəyərini göstərir.
Qeyd edək ki, beynəlxalq bazarlarda Dollar, ABŞ və Çin arasında ticarət danışıqlarının başlaması və Fed-in faiz artırmağa fasilə verəcəyi ehtimalı ilə ucuzlaşır.