Türkiyənin maliyyə və xəzinədarlıq naziri Berat Albayrak açıqlanmasında investorları sakitləşdirəcək fikirlər söyləyib.
FED.az-ın məlumatına görə maliyyə Naziri Albayrak, "Mərkəzi Bankın müstəqilliyi və qərar vermə mexanizmləri təsirə məruz qalmır" deyib.
Berat Albayrak: " Struktur dəyişiklikləri, vahid bir yanaşma və güclü bir makroiqtisadi perspektiv təmin edəcək və orta müddətli proqram açıqlayacağıq".
Albayrakın ifadələri: "Biz inflyasiyanı tək rəqəmli hala salıb, sonra hədəfimizə mümkün qədər tez qısaltmaq üçün addımlar atacağıq və daha effektiv olması üşün Mərkəzi Bank yeni dövr siyasətimizin əsas məqsədlərindən biri olacaq. Siyasətimiz, büdcə intizamını, tək rəqəmli inflyasiyası və struktur islahatları etməkdir, Türkiyə iqtisadiyyatının sabit və davamlı bir böyümə hədəfi çərçivəsində davam etməsini təmin edəcəyik".
"Mərkəzi Bankın işinə qarışmırıq" - Türkiyənin maliyyə naziri
15:55
12 İyul 2018