Aəzrbaycan Mərkəzi Bankı Noyabr ayının sonuna olan valyuta ehtiyatlarının məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, 30 Noyabr 2018-ci il tarixində Mərkəzi Bank 5 milyard 590.9 milyon dollar valyuta ehtiyatına malik olub. Bu, Oktyabr ayının sonu ilə müqayisədə 54,5 milyon dollar çoxdur.
Ötən ilin sonu ilə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 263,7 milyon dollar və ya 22,6% artıb.