Cari ilin 7 ayı ərzində maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu 15,6 mln. manat təşkil edib.
Ölkə iqtisadiyyatına investisiyaların ümumi həcminin 0,2%-i bu sahənin payına düşüb.