Azərbaycan hökuməti dövlət borclarını daha diqqətlə idarə etməyə başlayıb.
FED.az xəbər verir ki, iyulun 31-də prezident İlham Əliyevin yanında keçiriən müşavirədə dövlət borclarının hazırki durumu ilə bağlı məsələyə də toxunulub.
Məsələ ilə bağlı məlumat veən maliyyə naziri Samir Şərifov bildirib ki, orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır və borcun səviyyəsini endirməyə nail olunub.
S.Şərifov bildirib ki, dövlətin borc üçün zəmanət verdiyi bəzi iri layihələr üzrə son vactlar borc götürməyə ehtiyac olmayıb. Ona görə də, hətta əvvəlcədən razılıq alınsa da, hökumət bir sıra iri məbləğli xarici kreditlərdən imtina edib: «Belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır, biz Sizə məruzə etmişdik ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir».
Maliyyə Naziri: «Əvvəl 2 milyard, sonra 750 milyon dollardan imtina etdik»
11:03
1 Avq 2019