Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası (ARPA) Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin Tədris Mərkəzinin birgə iştirakı ilə kənd təsərrüfatı sahəsində çalışan mühasiblər üçün “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər və bundan irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar olaraq ödənişsiz “Workshop” keçirib.
ARPA-dan FED.az-a verilən məlumata görə, “Workshop”da Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi və dövlət nəzarəti, peşəkar mühasib, peşəkar mühasib sertifikatı və peşəkar mühasib təşkilatları, KOS subyektləri üçün MHBS kimi əsas anlayışlar, baş mühasiblərin vəzifələri və peşəkar mühasib olma məcburiliyi haqqında mövzular müzakirə edilib.
Qeyd etmək istərdik ki, “Workshop”lar ölkə iqtisadiyyatının Sığorta, Bank, Kənd Təsərrüfatı ,Tikinti, Telekommunikasiya, Neft, Turizm, Pərakəndə Satış, İstehsalat və diqər sahələrində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. “Workshop”lar mərhələli şəkildə həyata keçirilir və bütün Azərbaycan ərazisini əhatə edəcəkdir.
“Workshop” larda iştirak etməklə qanunun tətbiqi prosesində meydana çıxacaq problemlərin müzakirəsi və həllinə dair tövsiyələr vermək, “Peşəkar mühasib” sertifikatının verilmə qaydaları ilə bağlı təkliflərinizi irəli sürmək şansına sahib olacaqsınız.
Kənd Təsərrüfatı sahəsində çalışan mühasiblər üçün “Workshop” keçirilib
16:27
20 Avq 2018