Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"FED.az" xəbər verir ki, Elxan Şamil oğlu Allahverdiyevin "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Şamil oğlu Allahverdiyevin qardaşı olduğu bildirilir.
Digər bir məlumata görə, polkovnik-leytenant olan Elxan Allahverdiyev Fövqəladə Hallar Nazirliyi I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində də işləyib.
marja.az