Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 238 milyon manat olacağı gözlənilir.
Maliyyə Nazirliyi 1,1 milyard manatdan çox kəsiri olan büdcə haqqında məlumatları - AÇIQLADI
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % çoxdur.
Xatırladaq ki, Fonda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5 %-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5 %-i sığorta haqqı ödənilir. Sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50 %-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 %, sığorta stajı 10 ildən yuxarı olduqda 60 % məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilə bilər. (Report)