Avropanın 3 aparıcı ölkəsi – Fransa, Almaniya və Böyuk Britaniya İrana qoyulan sanksiyalardan yan keçmək şərti ilə əməliyyatlar aparaq üçün yeni hesablaşma sistemini – INSTEX-i işə salıblar. FED.az xəbər verir ki, yeni sistemdən hələlik yalnız Avropa İttifaqı ölkələri istifadə edə biləcəklər.
Eləcə də bax: İran məscidlərində – BİTKOİN İSTEHSAL EDİLİRMİŞ – ÜSTÜ AÇILIB
Bu barədə Avropa Birliyinin bəyanatında deyilir. Bəyanatı Birliyin xarici siyasi əlaqələr xidmətinin baş katibi Helqa Şmidt İnanla nüvə sazişi ilə bağlı birgə komissiyanın Vyanada keçirilən iclasında açıqlayıb. İclasda bildirilib ki, INSTEX sistemi işə düşüb və artıq onunla ilk tranzaksiyalar həyata keçirilib. Bundan başqa, İranın da eyni məqsədlə yaratdığı əşkilat – STFI ilə əməkdaşlıq güclənəcək.
Avropa ölkələri INSTEX təşkilatında həm də səhmdar kimi iştirak edəcəklər. Ən əsası bu sistemin üçüncü ölkələrin şirkətləri üçün də işləməsi üzərində işlər aparılır.
İranla ticarət üçün yeni sistem işə düşdü – SANKSİYALARDAN QORUYUR
14:24
29 İyun 2019