İran milli valyutası olan rialın məzənnəsi iyulun 29-da 2 dəfə rekord vurub.
FED.az xəbər verir ki, səhər 1 dollar qara bazarda 102 min riala ticarət olnurdusa, axşama doğru bu rəqəm 111 min rial olub. Rialın bu qədər ucuzlaşmasına səbəb ABŞ-ın İrana qarşı sanksiyalara yenidən başlamasıdır. Qeyd edək ki, İran Mərkəzi Bankı dolların məzənəsi 42 min rial olaraq sabit saxlasada qara bazarda dollar çox yəni, 2,5 dəfə bahadır.
Rialın illər boyunca dəyişimi aşağıdakı kimidir:
1979-cu il --> 1 dollar = 70 rial
2011-ci il --> 1 dollar = 11,000 rial
2013-cü il --> 1 dollar 37,000 rial (Həsən Ruhaninin prezident seçildiyi il)
2018-ci il bu gün --> 1 dollar = 111 rialdır
İranda dolların məzənnəsi yenidən - REKORD VURDU
10:32
30 İyul 2018