Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır.
Azərbaycan dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi sırasında - EKSPERTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə IMF-in icraçı direktoru Kristalina Georgiyeva "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəızi Bankının (AMB) sədri Taleh Kazımov və COP29-un prezidenti Muxtar Babayev ilə möhtəşəm görüş baş tutub. Biz Azərbaycanın inkişaf və iqlim hədəflərinə dəstək verməyə və noyabrda Bakıda COP29-un uğurlu keçirilməsi üçün işləməyə qərarlıyıq", - K. Georgiyeva qeyd edib.