1 Yanvardan etibarən Türkiyədə sellofan paketlər marketlərdə pulla (1-i 25 kuruşa ) satılmağa başlayıb. Ətraf Mühit və Şəhərçilik Nazirliyinin məlumatlarına görə, ilk gündə paket istifadəsi 70% azalıb.
FED.az xəbər verir ki, bəzi vətəndaşlar, ödənişli paketlərdəki market loqolarına etiraz edir. Vətəndaşlar, "Həm pulunu verirəm, həm reklamını edirəm" deyə reaksiya veriblər.
Ətrafın çirklənməsini də istəməyən istehlakçılar, bununla bərabər bütün xərcin onlara yükləndiyini bildirilər. 25 kuruş paket ödənişinin 15 qəpiyi dövlətə köçürüldükdən sonra 10 kuruş marketlərə qalır. Bu 10 kuruş paketin marketə xərcidir.
Paketlər ödənişsiz olduqda marketlər bu xərci məhsullara əks etdirirdi. İndi alıcılar məhsulların qiymətlərinin düşüb-düşməyəcəyini soruşurlar.