Gürcüstanın milli valyutası lari dollar qarşısında kəskin ucuzlaşıb.
FED.az verir ki, Gürcüstan Mərkəzi Bankı iyulun 10-a dolların rəsmi məzənnəsini 2,9096 lari müəyyən edib.
Hazırda Tbilisinin valyuta dəyişmə məntəqələrində dolları 2,94 lariyə dəyişmək mümkündür.
Qeyd edək ki, bir qədər əvvəl Gürcüstan Mərkəzi Bankı valyuta ehtiyatlarını qorumağı üstün tutaraq larinin məzənnəsini dəstəkləməyəcəyini açıqlayıb.
Gürcüstanda dollar kəskin bahalaşdı – YENİ MƏZƏNNƏ
17:58
9 İyul 2019