2024-cü ilin dövlət büdcəsi layihəsində cari ilin yenidən baxılan dövlət büdcəsi ilə müqayisədə xərclərin iqtisadi təsnifatına uyğun olaraq 4 bölmə üzrə artım, 5 bölmə üzrə isə azalma proqnozlaşdırılır.
Gələn il Qarabağ üçün ayrılan pulun hansı istiqamətlərdə xərclənəcəyi - MƏLUM OLDU
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Rəydə bildirilib ki, cari illə müqayisədə mütləq və nisbi ifadədə ən böyük artım “Qrantlar və digər ödənişlər” bölməsi üzrə nəzərdə tutulub. Belə ki, bu bölmə üzrə xərclər cari ilin yenidən baxılan büdcəsi ilə müqayisədə 3482,9 mln. manat artımla proqnozlaşdırılıb.
Artıma səbəb cari ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatında edilmiş dəyişikliyə əsasən “Qrantlar və digər ödənişlər” bölməsinə “Dövlət sifarişi, dövlət öhdəlikləri və bu qəbildən olan digər öhdəliklərin ödənilməsi” adlı yeni köməkçi bölmənin əlavə edilməsi və dövlət büdcəsindən DSMF və İTSF-ə ayırmaların, dövlət hesabına ali təhsil müəssisələrində təhsil xərclərinin, xarici ölkələrin təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nümayəndəlikləri və filiallarına, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərə ödənişlərin həmin köməkçi bölmənin tərkibində uçota alınması ilə əlaqədardır.
Qeyd edək ki, növbəti ildən adıçəkilən köməkçi bölmədə nəzərdə tutulan bütün xərclər əvvəlki illərin dövlət büdcəsində iqtisadi təsnifatın digər bölmələrində uçota alınıb. (Apa)