“Finex Kredit” Bank Olmayan Kredit təşkilatı təşkilatın adından fiziki şəxslərə müxtəlif formada vasitəçilik xarakterli xidmətlər təklif olunması ilə bağlı Bəyanat yayıb.
Şirkətin yayımladığı bəyənatı təqdim edirik:
Son zamanlar “Finex Kredit” Bank Olmayan Kredit təşkilatı adından fiziki şəxslərə müxtəlif formada vasitəçilik xarakterli xidmətlər təklif olunur. O cümlədən qızıl-zinət əşyalarının girovu ilə lombard kreditləri üzrə vasitəçilik xarakterli təkliflər barədə bizə məlumatlar daxil olmuşdur.
“Finex Kredit” BOKT ASC bəyan edir ki öz xidmətlərini yalnız rəsmi qeydiyyatdan keçmiş filialları və mərkəzi ofisi vasitəsi ilə təqdim edir. Əhalidən bu cür təkliflər barədə dərhal 050 228 92 86, 050 228 92 40 telefon nömrələrinə və yaxud rəsmi internet səhifəmizə məlumat vermələri xahiş olunur.
Əlavə olaraq qeyd edirik ki, “Finex Kredit” Bank Olmayan Kredit təşkilatı öz fəaliyyətini mövcud qanunvericiliyə, müasir maliyyə standartlarına və müştəri məmnunluğuna uyğun qurmuşdur. Şirkət bütün fəaliyyəti dövrü ərzində beynəlxalq auditdən keçərək fəaliyyətinin nəticələrinin şəffaf şəkildə müvafiq qaydada tərəfdaşlarına və nəzarət orqanlarına təqdim edir.
Bu faktı şirkətin İdarə Heyətinin üzvü Vüqar Zeynalov da təsdiq edib. V.Zeynalov bildirib ki, təşkilatın adından fiziki şəxslərə müxtəlif formada vasitəçilik xarakterli xidmətlər təklif olunub. O bildirib ki, bu cür dələduzluq halları baş verərəsə əhalidən dərhal 050 228 92 86, 050 228 92 40 telefon nömrələrinə və yaxud rəsmi internet səhifəmizə məlumat vermələri xahiş olunur.
“Finex Kredit”ə qarşı dələduzluq halları ilə bağlı - ŞİRKƏTİN BƏYƏNATI
10:56
9 Yan 2019