Kredit əldə etmək istəyən müştərilər bankların kredit məhsullarını müqayisə edərkən bir çox hallarda yalnız illik faiz dərəcələrinə nəzər yetirir və seçim olaraq daha aşağı faizi təklif edən bankları seçirlər. Lakin müştərilər banka yaxınlaşdıqda bir çox hallarda bankların saytlarında və reklamlarında qeyd edilməyən digər xərclərin (komissiya, sığorta və s.) də mövcudluğunu başa düşürlər. Bəs çıxış yolu nədir? Daha dəqiq müqayisə aparmağımız və kreditə görə itirəcəyimiz məbləği hesablamaq üçün bizə illik faiz dərəcəsindən əlavə hansı məlumatlar lazımdır? Dəqiq hesablamanı necə aparmaq olar? – Bütün bu suallara cavab tapmaq və rahat müqayisə aparmaq üçün FİFD göstəricisindən istifadə edilir.
FIFD (faktiki illik faiz dərəcəsi) – kredit məhsulu üzrə təklif edilən faiz dərəcəsi ilə yanaşı müştəridən tələb olunan əlavə xərcləri (komissiya, sığorta və s.) də nəzərə alınmaqla məcmu faiz dərəcəsidir. Bu dərəcə bankların təklif etdikləri kredit məhsulları üzrə müqayisənin aparılmasını təmin edən əsas göstəricidir.
Hal-hazırda demək olar ki, əksər Banklarımızda nağd pul kreditləri təklif edilir. Banklarla əlaqə saxlanılıb və 12 ay müddətə 1000 AZN kredit götürəcəyi təqdirdə hansı əlavə xərclərlə olacağı dəqiqləşdirilib. Banklardan verilən məlumata və FİFD-in hesablanması düsturuna əsasən aşağıdakı nəticələri Sizlərə təqdim edirik. Xüsusilə qeyd etmək istərdik ki, bəzi banklarda aktiv olan kampaniyalar çərçivəsində təklif edilən şərtlərlə standart şərtlər arasında fərqlər formalaşır və biz cari tarixə (06.07.2017) olan təkliflər üzərindən araşdırma aparmışıq. Bu şərtlər bəzi banklarda kampaniya şərtləri bəzilərində isə standart şərtlər ola bilər.
Bank | İllik faiz dərəcəsi | Komissiya | Sığorta xərci | FİFD | Kampaniya yoxsa Standart şərt? |
AccessBank | 29% | 1% | Yoxdur | 31% | Standart şərt |
AFB Bank | 30% | 1% | Yoxdur | 32% | Standart şərt |
Amrahbank | 21% | 1% | Yoxdur | 23% | Kampaniya |
Atabank | 23% – 24% | 1.8% | Yoxdur | 26,6% – 27,6% | Standart şərt |
Azər – Türk Bank | 19% | 1% | Yoxdur | 20.9% | Standart şərt |
Bank BTB | 30% – 32% | 2% | Yoxdur | 34% – 36% | Standart şərt |
Bank of Baku | 23% – 26% | 2% | Yoxdur | 27% – 30% | Kampaniya |
Bank Respublika | 22% | 1% | Yoxdur | 24% | Kampaniya |
Bank VTB | 28% | 2% | Dəyişkəndir | 26% (sığorta nəzərə alınmadan) |
Standart şərt |
Expressbank | 20% | 1% | Yoxdur | 21,9% | Standart şərt |
YapıkrediBank | 18% – 25% | 1.5% | Dəyişkəndir | 20.9% – 28% | Standart şərt |
NBC Bank | 23% | 3% | Yoxdur | 29% | Kampaniya |
Nikoil Bank | 27% | 2% | Yoxdur | 31% | Standart şərt |
Rabitə Bank | 22% | 1% | 1% | 25.9% | Standart şərt |
Turanbank | 24% | 1%
(min.20 AZN) |
Dəyişkəndir | 26% (sığorta nəzərə alınmadan) |
Standart şərt |
Unibank | 23% – 28% | 2% | Yoxdur | 27% – 30% | Standart şərt |