Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15 faizi həcmində gömrük rüsumu tətbiq olunacaq.
 
FED.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin  “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
 
ELƏCƏ DƏ BAX: Bu gündən sadələşdirilmiş vergi dəyişir - QÜVVƏYƏ MİNDİ, DETALLAR
 
Qərar 30 gün sonra qüvvəyə minəcək və 15 dekabr 2019-cu ilə qədər qüvvədə olacaq.  
 
Qeyd edək ki, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və  alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. İndiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.
Energetik içkilərin gömrük rüsumu dəyişir – QƏRAR
 
                            
                            
                        
                            07:32
                            11 Yan 2019
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








