Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb.
FED.az-ın məlumatına görə, qanuna əsasən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdiriləcək.
ELƏCƏ DƏ BAX: Türkiyədə dollar kəskin bahalaşıb – SON MƏZƏNNƏ
Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının mülkiyyətçisi ipoteka kağızının elektron sistemində ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilmiş şəxsdir.
Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edəcək. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndəriləcək. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı elektron sistemdə elektron qaydada bu qanunla müəyyən edilmiş şəxs tərəfindən tərtib ediləcək və elektron sistem bu barədə ipoteka qoyana elektron bildiriş göndərəcək. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının forması elektron sistemdə müəyyən ediləcək. Fərmana əsasən elektron sistemin inzibatçılığı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılacaq. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların verilməsi elektron sistemdə ipoteka kağızında digər şəxsin xeyrinə elektron imza ilə verilmə qeydinin (indossamentin) edilməsi və bu şəxsə elektron sistemdə bildiriş göndərilməsi yolu ilə həyata keçiriləcək. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar başqa şəxsin adına rəsmiləşdirildikdə, ipoteka müqaviləsi həmin şəxsə təqdim ediləcək və həmin şəxs ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın bütün hüquq və vəzifələrini əldə edəcək.
Daşınmaz əmlaka münasibətdə ipoteka saxlayan elektron sistemdə ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər barədə ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilməlidir. Elektron sistemdə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilmişdir. Elektron sistemdə ipoteka kağızına xitam verilməsi əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir. Bu Qanuna uyğun olaraq daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına xitam verildikdə, ipotekanın dövlət qeydiyyatını aparan orqan müvafiq reyestrdə qeydlər aparmalıdır.
Bu Qanun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatına alınmış daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı öz hüquqi qüvvəsini saxlayır. “İpoteka haqqında” qanunda nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı bu Qanun qüvvəyə mindiyi tarixədək “İpoteka haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.
Elektron ipoteka kağızının qeydiyyatını aparacaq qurum - MÜƏYYƏNLƏŞDİ
19:21
4 Dek 2018